Beynəlxaq Avtomobil Federasiyasının prezidenti Jan Todt Formula 1 yarışlarının texniki reqlamentini dəyişmək lazım olduğunu bildirib. O, qeyd edib ki, idmançılara yağışlə hava şəraitində yarışmaq imkanı verilməlidir. Xatırladaq ki, Belçika Qran-prisində güclü yağış səbəbi ilə pilotlar bir dairə belə keçmədilər.
“Bir çoxları Spada verilən qərarı tənqid etdilər. Lakin startdan sonra çoxsaylı avtomobillər toqquşub və pilotlar xəsarət alsa necə olacaqdı? Bəlkə daha da bədbəxt hadisə baş verə bilərdi. O zaman bizi məhv edərdilər. Hətta yarış zədəsiz yekunlaşsaydı belə yenə də tənqid olunacaqdıq. 2025-ci ilin reqlamentini hazırlayarkən pilotların yağışlı havada çıxışını nəzərə almaq lazımdır”,- deyə Jan Todt bildirib.