Beynəlxalq Məktəb İdman Federasiyasının təşkilatçılığı ilə Serbiyanın Belqrad şəhərində sərbəst güləş üzrə keçirilən Dünya Məktəblilərinin Oyunlarında uğurlu nəticə əldə etmiş Gəncəni təmsil edən idmançılarımız vətənə qayıdıblar. Bu münasibətlə Vətənə qayıdan idmançılarımıza Gəncədə Heydər Əliyev Park-kompleksinin girişində Zəfər Tağının önündə qarşılama mərasimi təşkil olunub.
Qarşılama mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev,
1 və 2 saylı Uşaq-Gənclər İdman Məktəblərinin direktorları Ramil Qasımov və Asif Həsənov həmçinin şəhərin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə Baş İdarənin rəisi Həmid Nəsirov çıxış edərək sərbəst güləş üzrə komandamızı təbrik edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb. Tədbirdə həmçinin şəhərin idman ictimaiyyətinin nümayəndələridə çıxış edərək, gənc idmançılarımızın uğurlarına sevindiklərini və gələcəkdə bundan da böyük qələbə qazanacaqlarına əmin olduqlarını bildiriblər. Həmçinin qalib gəlmiş idmançılara şəhərin idman ictimaiyyətinin bir neçə nümayəndəlirinin iştirakı ilə Gəncə İdman Liseyinin heyətində çay süfrəsi ətrafında toplaşaraq, onlarla yarışın təfərrüatları barədə geniş müzakirə edilmiş və gələcək planları haqqında maraqlı söhbətlər aparılıb.