Şahmatçımız Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Klublararası Avropa Kubokunda üz-üzə gəlib.
Ş.Məmmədyarov yerli "Alkaloid", Karlsen "Offerspill" komandasının heyətində yer alıb. Birinci lövhədə mübarizə aparan rəqiblər 69-cu dəqiqədə heç-heçəyə razılaşıblar.
Bununla belə, "Alkaloid" 5,5:0,5 hesabı ilə qalib gəlib.
Azərbaycanı təmsil edən "Vüqar Həşimov" komandası da Fransa "Asnieres"ini eyni hesabla qalib gəlib.
"Vüqar Həşimov" komandasından qələbə