Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Yasamal rayon İcra Hakimiyyəti və Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən Vətən müharibəsi şəhidlərinin doğum günləri ərəfəsində təşkil olunan ənənəvi idman tədbirləri davam edir. Növbəti belə tədbir “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş İsmayıl Kərimlinin, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Yusif Nəcəfovun, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xəyal Balakişiyevin xatirəsinə həsr olunmuş şahmat turniri olub.
Yasamal rayon İcra Hakimiyyətinin, Yasamal rayon Gənclər və İdman İdarəsinin və “Şahmat-Dama Klubu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə doğum günləri oktyabr ayına təsadüf edən Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş şahmat turnirində yeniyetmə və gənc zəka sahibləri iştirak ediblər. Oktyabrın 8-də təşkil olunmuş turnirin final mərhələsindən sonra qaliblərin təntənəli mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov turnirin rəsmi açılış mərasimində çıxış edərək Müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin xatirəsini yaşatmaq və gənclər arasında təbliğ etmək məqsədilə idarə tərəfindən keçirilmiş turnirlərin əhəmiyyətindən danışıb. İlham Səfərov çıxışında Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin əhmiyyətindən söz açaraq, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd edib.
Sonda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri çıxış edərək vətən oğullarımızın keçdiyi şərəfli döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıqlardan söz açıb, turnirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
50-yə yaxın şahmatçının mübarizə apardığı turnirdə birinci yerə Amin Qurbanov layiq görülüb. Ruslan Abdullayev ikinci, Nihad Məmmədov isə üçüncü yerə sahib çıxıb.

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib