Ümid Osvellə bacarmadı

Ümid Osvellə bacarmadı

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü - Ümid Rüstəmov (57 kq) rinqə çıxıb. Otuz ikidəbir final çərçivəsində kubalı Osvel Kaballero Qarsia ilə üz-üzə gələn boksçumuz məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, noyabrın 6-da başa çatacaq dünya çempionatında Azərbaycan komandasının heyətində 9 boksçu mübarizə aparır.