Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatına yekun vurulub. Yarışın son günündə Osman Nurməhəmmədov (92 kq) final görüşünə çıxıb. Həlledici görüşdə Rusiya güləşçisinə qalib gələn O.Nurməhəmmədov ölkəmizə bu yarışda 3-cü qızıl medalı qazandırıb.
Qeyd edək ki, Osman Nurməhəmmədov ötən gün Moldova, Almaniya və İran pəhləvanına qalib gələrək finala vəsiqə əldə etmişdi.
Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilərimizdən Əliabbas Rzazadə (57 kq) qızıl, Zirəddin Bayramov (65 kq) bürünc medal qazanmışdı. Klassiklərimizdən isə Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadə (55 kq) və Ülvü Qənizadə (72 kq) bürünc medala sahib çıxmışdı.
Osman Nurməhəmmədov dünya çempionu oldu