Latviyanın paytaxtı Riqada keçirilən şahmat üzrə “Grand Swiss-2021” turnirinə yekun vurulub. Yarışın sonuncu tutunda qrossmeysterimiz Rauf Məmmədov ermənistanlı Sergey Movsesyan, Vasif Durarbəyli polşalı Mateus Bartel, Nicat Abasov isə ukraynalı Martin Kravtsiv ilə heç-heçəyə razılaşıb. Gənc şahmatçımız Aydın Süleymanlı isə almaniyalı Dmitri Kollarsa məğlub olub.
Son turda qeydə alınan nəticələrdən sonra təmsilçilərimizdən heç biri mükafatçılar sırasına düşə bilməyiblər. Şahmatçılarımızdan V.Durarbəyli 4,5 xal, A.Süleymanlı, R.Məmmədov, N.Abasov hərəyə 4 xal toplayıblar.
İsveçrə sistemi üzrə keçirilən 11 turndan ibarət olan turnirin qalibi adını isə 8 xalla Fransa təmsilçisi Alireza Firuzca qazanıb.
Şahmatçılarımız Riqada mükafatçılar sırasına düşə bilmədilər