Azərbaycan karateçisi Asiman Qurbanlı Dubayda keçirilən karate üzrə dünya çempionatında bürünc medal qazanıb.
Karateçimiz üçüncü yer uğrunda görüşdə çilili Rodriqo Rojasa 5:2 hesabı ilə qalib gəlib.
İdmançılarımızdan İrina Zaretska (68 kq) isə finalda mübarizə aparacaq. O, qızıl medal uğrunda görüşdə italiyalı Silvia Semeraro ilə qarşılaşacaq. Kumite üzrə komanda yarışında isə yığmamız Özbəkistanla üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan çempionata 17 karateçi ilə qatılıb. Çempionat noyabrın 21-dək davam edəcək.
Karateçimiz dünya çempionatının bürünc medalına sahib çıxdı