Tofiq Bəhramov adına Respublika Stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən sərbəst və yunan-Roma güləşi üzrə paytaxt çempionatına yekun vurulub.
Turnirin ikinci günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Yarışda 10 çəki dərəcəsi üzrə mübarizə aparan pəhləvanlar arasında ən güclülər müəyyənləşib. Belə ki, Tural Mehdiyev (55 kq), Fərdi Hümbətov (60 kq), Əli Əliyev (63 kq), Rövşən Tağıyev (67 kq), Ömər Musazadə (72 kq), Xasay Həsənli (77 kq), Tuncay Vəzirzadə (82 kq), Cavid Yusifov (87 kq), Niyaməddin İbrahimov (97 kq) və Tarış Əbilov (130 kq) Bakı çempionatının qalibi olublar.
Qeyd edək ki, yarışın birinci günündə sərbəst güləşçilər arasında qalib və mükafatçılar məlum olub.
Bakı çempionatının qalibləri müəyyənləşdi