Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq cədvəlini açıqlyıb. Siyahının ilk onluğuna Azərbaycanın bir şahmatçısı da daxil olub. Bu reytinq əmsalı 2765 olan Şəhriyar Məmmədyarovdur. Qrossmeysterimiz yeni siyahıda 2 pillə irəliləyərək 9-cu sıraya yüksəlib. Şəhriyardan fərqli olaraq digər qrossmeysterimiz Teymur Rəcəbov isə əvəlki mövqeyini itirib. Belə ki, şahmatçımız yeni siyahıda 1 pillə geriləyərək 2753 xalla 14-cü sırada yer alıb.
Digər şahmatçılarımızdan Rauf Məmmədov (2656) və Qədi Hüseynov (2661) da geriləyiblər. R.Məmmədov 61-ci pillədən 86-cı, Q.Hüseynov isə 74-cü sıradan 80-ci pilləyə geriləyib. Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen (2856) başçılıq edir. 2 799 xalı olan çinli Dinq Liren 2-ci pillədəki mövqeyini itirib. 3-cü sıraya geriləyən şahmatçını 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca əvəzləyib. ABŞ-dan olan Fabiano Karuana (2 792) isə 4-cü sıraya enib.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2 470) 26-cı, Gülnar Məmmədova (2 3875) 71-ci, Xanım Balacayeva isə (2 376) 83-cüdür.