Dubayda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda dünya çempionatının 9-cu turu keçirilib. Bir gün istirahətdən sonra keçirilən növbəti turda qara fiqurlarla mübarizə aparan M.Karlsen rəqibi üzərində daha bir qələbə qazanıb. Bununla da dünya çempionu rusiyalı şahmatçı ilə hesab fərqini daha da artırıb (6:3).
On dörd matçdan ibarət olacaq turnir dekabrın 15-dək davam edəcək.
Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyada V.Anandı, 2016-cı ildə ABŞ-da rusiyalı Sergey Karyakini və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.
Maqnus Karlsendən çempionluq yolunda daha bir addım