Boksçumuz Serbiyada beynəlxalq turnirdə qüvvəsini sınayacaq

Boksçumuz Serbiyada beynəlxalq turnirdə qüvvəsini sınayacaq

Sabah Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışda ölkəmiz bir idmançı ilə təmsil olunacaq. Belə ki, millimizin üzvü Mirşərif Kazımzadə 75 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.
Qeyd edək ki, yarışın püşkatma mərasimi bu gün təşkil olunacaq.