Beynəlxalq Həvəskar Boks Assosiasiyasının adı dəyişdirildi

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının adı dəyişdirildi

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) adı dəyişdirilib. Bu barədə qərar qurumun onlayn şəkildə təşkil olunan Növbədənkənar Konqresində qəbul edilib. Uzun illər AİBA kimi fəaliyyət göstərən təşkilatın adı bundan sonra İBA (Beynəlxalq Boks Assosiasiyası) adlandırılacaq. Qərar səsvermədə yekdilliklə qəbul olunub. Onlayn qaydada keçirilən tədbirdə qurumun növbəti konqreslərinin hər il təşkil edilməsi barədədə yeni qərar qəbul edilib. 
Beynəlxalq qurum tədbirdə həmçinin üç ölkənin - Sent-Vinsent və Qrenadin, Vanuatu, Sent-Kitts və Nevisin üzvlüyünü müvəqqəti dayandırıb.