Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) yeni prezidenti müəyyənləşib. Bu, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdur. V.Əhmədov yeni vəzifədə iş adamı Elçin Zeynalovu əvəzləyəcək. Dəyişiklik bu gün Gənclər və İdman Nazirliyində AMAF-ın hesabat-seçki konfransında gerçəkləşəcək.
Qeyd edək ki, Elçin Zeynalov AMAF-a 2006-cı ildən rəhbərlik edirdi.