Federasiya nümayəndələri uşaq sığınacağını ziyarət ediblər

Federasiya nümayəndələri uşaq sığınacağını ziyarət ediblər

Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri Bakının Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağına baş çəkiblər. Görüşdə AGF-in əməkdaşları ilə birlikdə bədii gimnastika üzrə yığma komandanın üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova da iştirak ediblər.
Federasiyanın nümayəndələri uşaq sığınacağının balaca sakinlərinə xoş anlar yaşadıblar. Federasiya nümayəndələri və gimnastlar qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə uşaqları təbrik edərək, onlara xoşbəxt həyat arzulayıblar.
Gimnastlarımız balacalara Yeni il hədiyyələri təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, bu aksiya bədii gimnastika nümayəndələrinin təşəbbüsü ilə artıq ənənəyə çevrilib.
Tədbir COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi qaydaları nəzərə alınaraq həyata keçirilib.