Çexiyada şahmat üzrə “Praqa Open-2022” turniri keçirilir. 5-i qrossmeyster olmaqla, 185 zəka sahibinin mübarizə apardığı yarışın A turnirində Azərbaycan şahmatçısı Azər Mirzəyev də iştirak edir.
Təmsilçimiz yarışa qələbə ilə start verib. Belə ki, şahmatçımız birinci turda polşalı Petr Kapa qalib gəlib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.