Stend atıcılığı üzrə yeniyetmələr arasında dünya çempionu Kristian Qilli ehtiyatsızlıqdan həyatla vidalaşıb.
"La Gazetta dello Sport"un yaydığı məlumata görə, dostları ilə ova gedən italiyalı qəflətən yerə düşən patronu götürmək istəyib. Bu vaxt onun tüfəngin açılaraq, Kristianın qarnına atəş açıb. Nəticədə yeniyetmə idmançı hadisə yerində dünyasını dəyişib.