Zəka sahiblərimiz turu məğlubiyyətlə başa vurdular 

Zəka sahiblərimiz turu məğlubiyyətlə başa vurdular 

İtaliyada keçirilən "Vergani Cup" şahmat festivalı davam edir. 
İsveçrə sitemi üzrə keçirilən yarışın A turnirində ölkəmizi təmsil edən Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva növbəti oyunlarını keçiriblər. Təəssüf ki, hər iki zəka sahibimiz turu məğlubiyyətlə başa vurub. Ötən tur xorvatiyalı rəqibinə qalib gələn G.Beydullayeva bu dəfə ispaniyalı Daniel Leal Alsinaya məğlub olub. Turnirdə mübarizə aparan digər şahmatçımız Ülviyyə Fətəliyeva da rəqibi ilə bacarmayıb. Zəka sahibimiz bolqarıstanlı İvaylo Ençevə uduzub.
Hazırda Gövhər Beydullayeva 4,5 xalla turnir cədvəlinin 42-ci pilləsində yer alıb. Aktivində 4 xalı olan Ülviyyə Fətəliyeva isə 57-ci pillədə qərarlaşıb.