Zəka sahiblərimiz "Vergani Cup" turnirini medalsız başa vurdular

Zəka sahiblərimiz "Vergani Cup" turnirini medalsız başa vurdular

İtaliyada keçirilən şahmat üzrə "Vergani Cup" beynəlxalq turniri başa çatıb. 
İsveçrə sistemi üzrə keçirilən və 124 zəka sahibinin iştirak etdiyi yarışda Azərbaycan şahmatçıları da mübarizə aparıblar. Yarışın A turnirində ölkəmizi Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva təmsil edib. Zəka sahiblərimizdən Ülviyyə Fətəliyeva festivalın sonuncu turunda Ülviyyə Fətəliyeva yerli şahmatçı Mikele Piangerelliyə qalib gəlib. Digər şahmatçımız Gövhər Beydullayeva isə italiyalı Alberto Barp ilə xalları yarı bölüb. 
Beləliklə, bu nəticələrdən sonra hər iki şahmatçımız çıxışını 5 xalla başa vurub. Əlavə göstəricilərə görə Ü.Fətəliyeva 39-cu pillədə qərarlaşıb. G.Beydullayeva isə 41-ci olub. 
Turnirin qalibi adını isə 9 turdan 7 xal toplayan hindistanlı Lalit Babu qazanıb.