Çexiyada şahmat üzrə “Praqa Open-2022” turniri davam edir. Ölkəmizi yarışda təmsil edən zəka sahibimiz Azər Mirzəyev növbəti görüşünü keçirib. Təmsilçimiz A turnirinin 4-cü turunda polşalı Antoni Kozakla üz-üzə gəlib. Şahmatçımız bu görüşdə rəqibini məğlub edərək turnirdə ardıcıl 4-cü qələbəsini qazanıb.
Bu görüşdən sonra şahmatçımız 4 xalla 1-3-cü yerləri bölüşdürür.
Qeyd edək ki, “Praqa Open-2022” turnirində 5-i qrossmeyster olmaqla, 185 zəka sahibi mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.
Şahmatçımız liderlər qrupunda qərarlaşıb