Zəka sahibimizdən Praqada ardıcıl beşinci qələbə
Çexiyada şahmat üzrə “Praqa Open-2022” turniri davam edir. Yarışda ölkəmizi təmsil edən Azər Mirzəyev növbəti oyununu keçirib. Təmsilçimiz 5-ci turun oyununda isveçli Ludviq Karlsonla qarşılaşıb. Ağ fiqurlarla oynayan şahmatçımız bu görüşdən də qalib ayrılaraq ardıcıl beşinci qələbəsini qazanıb. Zəka sahibimiz hazırda 5 xalla niderlandlı Artur Piperslə birlikdə birinci, ikinci yerləri bölüşdürür.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda 5-i qrossmeyster olmaqla, 185 şahmatçı iştirak edir.