Qadınlardan ibarət yığmamız Rusiyanın Krasnoyarsk şəhərində təlim-məşq toplanışıda iştirak edir.Bu gün başlayan hazırlıq prosesində komandamız Rusiya yığması ilə birgə məşq keçir. Qarşıdakı yarışlara hazırlıq məqsədi daşıyan təlim-məşqdən sonra komandamız yeni ildə ilk sınağına çıxacaq. Belə ki, təmsilçilərimiz yanvarın 26-dan 30-dək Krasnoyarskda keçiriləcək İvan Yarıgin "Qran-pri"sində mübarizə aparacaq.
Qeyd edək ki, qadın güləşçilərin təlim məşq toplanışı 25-dək davam edəcək.
Qadın güləşçilərimiz qarşıdakı yarışlara Rusiyada hazırlaşırlar