Çexiyada şahmat üzrə "Praqa Open-2022” turnirində növbəti turun oyunları keçirilib. Yarışda ölkəmizi təmsil edən Azər Mirzəyev yeddinci turda malayziyalı Ren Lim Juo qarşılaşıb. Çempionluğa iddialı olan zəka sahibimiz bu qarşılaşmada qalib gələrək turnirin vahid lideri olub. Hazırda şahmatçımızın aktivində 7 turdan sonra 6,5 xal var. Ondan yarım xal geri qalan Artur Peyperslə (Niderland) və polşlı Antoni Kozak müvafiq olaraq, ikinci, üçüncü yerləri bölüşürlər.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda 5-i qrossmeyster olmaqla, 185 şahmatçı iştirak edir.