Çexiyada şahmat üzrə "Praqa Open-2022” turniri davam edir. Yarışın 8-ci turunda ölkəmizi təmsil edən Azər Mirzəyev turnirin reytinq favoritlərindən olan norveçli Urkedal Frode Olav Olsenlə qarşılaşıb. Təəssüf ki, zəka sahibimiz bu turda rəqibinə məğlub olub. Bu məğlubiyyət Azər Mirzəyevin birinci pillədəki mövqeyinə də təsir edib. Məğlubiyyətdən sonra şahmatçımız 6,5 xalla 2-5-ci yerləri bölüşdürür. Norveçli Urkedal Frode Olav Olsen isə 7 xalla birinci pillədə yer alıb. Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda 5-i qrossmeyster olmaqla, 185 şahmatçı iştirak edir.