Qrossmeysterimiz Veyk-an-Zee turnirinə heç-heçə ilə başladı

Qrossmeysterimiz Veyk-an-Zee turnirinə heç-heçə ilə başladı

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturniri keçirilir. Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov ilk turda Rusiya təmsilçisi Daniil Dubovla qarşılaşıb. Qrossmeysterimiz bu görüşdə rəqibi ilə heç-heçə edib. 
Şahmatçımız bu gün keçiriləcək ikinci turda Rusiyanın daha bir təmsilçisi Andrey Yesipenko ilə üz-üzə gələcək.