Bu gün “Park İnn” hoteldə Milli Olimpiya Komitəsinin Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı təqdimatı olacaq. Bakı vaxtilə saat 17:00-da başlayacaq tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Çin Xalq Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min iştirak edəcək.
Tədbirdə Azərbaycan Olimpiya komandasının üzvləri, fiqurlu konkisürənlərimiz Yekaterina Ryabova və Vladimir Livintsevin videomüraciəti olacaq.
Bundan başqa tədbirdə Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi idman geyimləri nümayiş etdiriləcək.
Bu gün “Park İnn” hoteldə Pekin-2022-yə həsr olunmuş tədbir keçiriləcək