Niderlandın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Masters” şahmat superturniri davam edir. Bu gün yarışda dördüncü turunun oyunları təşkil olunacaq. Yarışda ölkəmizin yeganə təmsilçisi Şəhriyar Məmmədyarov bu turda polşalı Yan Kşiştov Duda ilə qarşılaşacaq.
Xatırladaq ki, zəka sahibimiz ötən 3 turun qarşılaşmalarını heç-heçə ilə baş vurub. Hazırda şahmatçımızın aktivində 1,5 xal var.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Yarışda 14 şahmatçı iştirak edir.
Qrossmeysterimiz polşalı şahmatçı ilə üz-üzə gələcək