Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 10-cu turunun oyunları keçirilib. Ölkəmizi yarışda təmsil edən Şəhriyar Məmmədyarov bu turda ABŞ təmsilçisi Samuel Şankland ilə üz-üzə gəlib. Zəka sahibimiz 29-cu gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb. Qeyd edək ki, on turdan sonra Ş.Məmmədyarov 6 xalla 3-cü pillədə qərarlaşıb. 14 şahmatçının iştirak etdiyi turnirə aktivində 7 xalı olan hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen liderlik edir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir.