Macarıstanın paytaxtı Budapeştdə şahmat üzrə beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi təmsil edən Azər Mirzəyev 8 turdan 7 xal toplayaraq vaxtından əvvəl turnirin qalibi adını qazanıb. Dairəvi sistem üzrə keçirilən yarış 9 turdan ibarətdir.
Turnirdə mübarizə aparan digər şahmatçımız Kənan Qarayev isə çıxışını davam etdirir. Təmsilçimiz hazırda 8 turdan sonra liderdən yarım xal geri qalaraq (5 xal) ikinci pillədə qərarlaşıb. Doqquzuncu turda şahmatçımız macarıstanlı Vilmos Balint ilə qarşılaşacaq.
Turnirə bu gün yekun vurulacaq.