Bu gün boks üzrə gənclər arasında Azərbaycan birinciliyinə start veriləcək. Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın 176 oğlan boksçusu qüvvəsini sınayacaq.
Fevralın 16-dək davam edəcək birinciliyin baş hakimi Etibar Alıyev olacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.