Gənc boksçular arasında Azərbaycan birinciliyinin dörddəbir final mərhələsinə yekun vurulub. 50 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın dördüncü günündə 32 döyüş təşkil olunub.
Səkkiz çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər. Yığmamızın aparıcı boksçularından Zaur Qəhrəmanov (63,5), Qulu Quliyev (67 kq) və Ənvər Babayev (75 kq) də final üçün döyüşmək hüququ qazanıblar.
Qeyd edək ki, bu gün yarımfinal mərhələsinin görüşləri keçiriləcək.