İdman gimnastlarımızın Dünya kubokunda çıxışları başa çatıb

İdman gimnastlarımızın Dünya kubokunda çıxışları başa çatıb

Almaniyanın Kotbus şəhərində idman gimnastikası üzrə “Turnier der Meister” adlı dünya kuboku yarışı keçirilib. Yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar.  Ölkəmizi qadınlar arasında Samirə Qəhrəmanova, kişilərin yarışında isə Nikita Simonov, İvan Tixonov və Cavidan Babayev təmsil ediblər.
Gimnastlarımızdan üçü - Samirə Qəhrəmanova, Nikita Simonov və İvan Tixonov gərgin idman mübarizəsi şəraitində keçən yarışın final mərhələsinə adlamağı bacarıblar. N.Simonov halqa ilə alətlərin icrasında yeddinci olub.
S.Qəhrəmanova dayaqlı tullanmada, İ.Tixonov isə parallel qollarda səkkizinci pillədə yer alıb.  
Qeyd edək ki, qarşıda gimnastlarımızı daha bir sınaq gözləyir. Belə ki, martın 2-5-də Qətərin paytaxtı Dohada keçiriləcək növbəti dünya kuboku yarışında ölkəmizi Nikita Simonov və İvan Tixonov təmsil edəcəklər.