Yığma komandamıza yeni baş məşqçi təyin olunub

Yığma komandamıza yeni baş məşqçi təyin olunub


Gənc oğlan boksçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. Azərbaycan Boks Federasiyasının (ABF) saytında yer alan xəbərə görə, ABF-nin qərarı ilə bu vəzifə Elbrus Rzayevə həvalə edilib.
Bunadək qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını yerinə yetirən mütəxəssis bu gündən işinin icrasına başlayacaq. Onun ilk sınağı aprelin 10-22-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək. Yarışa hazırlıq məqsədilə komanda bugünlərdə təlim-məşq toplanışına başlayacaq.