2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatı Bakıda keçiriləcək. Qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclasında qəbul olunub.
UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda yunan-Roma güləşi üzrə Dünya Kubokunun da Azərbaycanda təşkil olunacağı rəsmiləşib. Turnir 5-6 noyabrda gerçəkləşəcək.
2023-cü ildə il böyüklər arasında baş tutacaq Avropa çempionatının təşkilatçılığı isə Xorvatiyanın paytaxtı Zaqrebə həvalə olunub.
Güləş üzrə Avropa çempionatı Bakıda keçiriləcək