Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) adı dəyişdirilib. Qurum bundan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) adlandırılacaq.
Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb.
Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib.
Qeyd edək ki, növlərinə uyğun olaraq hazırda dünyada Beynəlxalq Kanoe Federasiyası (International Canoe Federation - ICF) və Beynəlxalq Avarçəkmə Federasiyası (International Rowing Federation - IRF) fəaliyyət göstərir.
AMAF dəyişib, AKAF oldu