Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə elan olunmuş 27 fevral - 5 mart İdman Həftəsi çərçivəsində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Baş İdarə nəzdində Uşaq Gənclər İdman Məktəbinin yetirmələrilərinin iştirakı ilə 5 mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yunan-Roma güləşi üzrə şəhər birinciliyi keçirilib.
Gəncə İdman Liseyində keçirilən yarışın açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Baş İdarənin İdman sektorunun baş məsləhətçisi Elvin Bəşirov, yunan-Roma güləşi üzrə məşqçi-müəllimlər və yeniyetmə güləşçilər iştirak ediblər.
Tədbirdə Baş İdarənin rəisi Həmid Nəsirov çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulayıb və yunan-Roma güləşinin şəhərimizdə inkişafı üçün belə yarışların keçirilməsinin əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, yarışda 2006-2008-ci illər yaş qrupunda 45, 48, 51, 55, 60, 65, 100+ çəki dərəcələrində, 2009-2012-ci illər yaş qrupunda isə 20, 23, 26, 29, 32, 38, 42, 45, 48, 55, 60, 65+ çəki dərəcələrində güləşçilər mübarizə aparıblar.
Sonda qaliblər Baş İdarə tərəfindən müvafiq diplomlarla təltif olunublar.
Tədbirin keçirilməsində əsas məqsəd kütləviliyinin artırılması, idmançılara vətənpərvərlik ruhunun, sağlam həyat tərzinin aşılanması və təbliğidir.
Yunan-Roma güləşi üzrə şəhər birinciliyi keçirilib