İran İslam Respublikasının paytaxtı Tehran şəhərində taekvondo yarışları davam edir. Asiya regionu üzrə keçirilən "President Cup" turnirinin birinci günündə komandamız aktivinə bir medal yazdırıb. Belə ki, komandamızın üzvü Patimat Abakarova (53 kq) turnirin bürünc medalına sahib çıxıb.
Xatırladaq ki, Patibat Abakarova bundan əvvəl Tehranda keçirilən “Fajr Open” G-2 kateqoriyalı beynəlxalq turnirdə də bürünc medal qazanmışdı. Taekvondoçularımız həmin yarışı 4 (3 gümüş, 1 bürünc) medalla başa vurmuşdular.