Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatının qalibi olan sərbəst güləş üzrə millimiz bu gün Vətənə qayıdıb. Qitə biriciliyində 4 qızıl və 3 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olan yığmamızın üzvlərini məşqçilər, idmançılar və medal qazanan güləşçilərin ailə üzvləri qarşılayıblar.
U-23 Avropa çempionatının qalibi olan sərbəst güləş üzrə millimiz Vətənə qayıdıb