Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı keçirilir.
Yarışın ikinci günündə - martın 14-də Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə başlayıb. Boksçumuz Nəbi İsgəndərov 1/16 final mərhələsi çərçivəsində Luka Nikabadze (Gürcüstan) ilə qarşılaşıb. Çempionatda 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesablı qələbə qazanıb.
Azərbaycan çempionu səkkizdəbir finalda ilk görüşdən azad olan Alen Ahmetoviçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş bu gün təşkil olunacaq.
Yığmamızın digər üzvü Mirşərif Kazımzadə (75 kq) 1/16 finalda şotlandiyalı Hikki Samla qarşılaşıb və rəqib mərhələ adlayıb.
Qeyd edək ki, martın 15-də Nəbi İsgəndərov və millimizin digər boksçusu – Murad Allahverdiyev (80 kq) rinqə çıxacaqlar.
Avropa çempionatı: Boksçumuz növbəti mərhələyə vəsiqə qazandı