Martın 27-dən aprelin 6-dək Sloveniyada şahmat üzrə Avropa çempionatı keçiriləcək. Çempionatda şahmatçılarımızdan Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Abdulla Qədimbəyli, Murad İbrahimli, Read Səmədov, Gövhər Beydullayeva, Toğrul Həsənzadə, Şahin Vəliyevin mübarizə aparacaqlar. İsveçrə sistemi üzrə təşkil olunacaq yarış 11 turdan ibarət olacaq.
Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edəcək. Qalib 20 min avroluq mükafata sahib olacaq. Bundan əlavə, çempionatda ən yaxşı nəticə göstərən 23 idmançı, həmçinin ən yaxşı qadın oyunçu, gənc və yaşlı şahmatçılar üçün xüsusi mükafatlar da nəzərdə tutulub.
Qitə birinciliyinin nəticələrinə əsasən, 20 oyunçu 2023-cü ildə keçiriləcək dünya kuboku yarışına vəsiqə qazanacaq.
Zəka sahiblərimiz Sloveniyaya yollanacaqlar