Yeniyetmə boksçularımız təlim-məşq toplanışında iştirak edirlər

Yeniyetmə boksçularımız təlim-məşq toplanışında iştirak edirlər

Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb. Məşqlər Azərbaycan Boks Mərkəzində keçirilir. Hazırlıq prosesində Azərbaycan birinciliyində fərqlənən boksçular iştirak edirlər. Toplanışa 40 idmançı cəlb olunub. Qarşıdakı günlərdə boksçuların və məşqlərin sayının artması planlaşdırılır.
Qeyd edək ki, yeniyetmə boksçularımız ilin ikinci yarısında Avropa birinciliyində iştirak edəcəklər.