Avropa çempionatında tarix yazan millimiz Vətənə qayıdıb

Avropa çempionatında tarix yazan millimiz Vətənə qayıdıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə millimiz bu gün Vətənə qayıdıb. 2 qızıl, 1 gümüş və 5 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığma komandanın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Güləş Federasiyasının, eləcə də Gənclər və İdman Nazirliyinin rəsmiləri, məşqçilər və idmançılar qarşılayıb.
Qitə birinciliyində Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.