Boksçularımız Avropa birinciliyinə tam heyətlə yollanacaq

Boksçularımız Avropa birinciliyinə tam heyətlə yollanacaq

Aprelin 13-22-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi keçiriləcək. Yarışda Azərbaycanın gənc boksçuları da mübarizə aparacaq.  Komandamız  yarışda tam heyətlə təmsil olunacaq.
Qeyd edək ki, boksçularımız hazırda Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirirlər. Baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında keçirilən hazırlıqda əsas diqqət taktiki və fərdi çalışmalara yönəlib.
Avropa birinciliyi ərəfəsində təşkil olunan toplanışın son mərhələsi aprelin 10-dək davam edəcək. Gündə 2 dəfə məşq edən komanda birgə hazırlaşdığı Türkiyə və Əlcəzair milliləri ilə sınaq görüşləri də keçirir. Bu da boksçuların hansı formada olması və üzə çıxacaq səhvlərin aradan qaldırılmasına hesablanıb. Komandamız yarışda iştirak etmək üçün aprelin 11-də Türkiyədən Sofiyaya yola düşəcək.