Aprelin 13-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi start götürəcək. 10 gün davam edəcək yarışda Azərbaycan millisi oğlanların mübarizəsində tam heyətlə qüvvəsini sınayacaq. Bakıda və Ərzurumda keçirilən təlim-məşq toplanışlarına əsasən baş məşqçi Elbrus Rzayev qitə birinciliyində Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Arif Bayramov (57 kq), Aslan Quliyev (60 kq), Zaur Qəhrəmanov (63,5 kq), Səid Abdullayev (67 kq), Daniel Xolostenko (71 kq), Ənvər Babayev (75 kq), Sərxan Budaqov (80 kq), Fətəli İsmayılov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadəyə (+92 kq) şans verəcək. Komandaya rəhbərliyi İdarə Heyətinin üzvü Rövşən Hüseynov edəcək.
Qeyd edək ki, komandamız Avropa çempionatına Bakıda və Ərzurumda Türkiyə və Əlcəzair yığmaları ilə birgə hazırlaşıb.
Boksçularımız Sofiyada rinqə çıxacaqlar