Amerikalı boksçu Floyd Meyvezer mayın 14-də Dubayda “The Global Titans Series”in himayəsi altında keçiriləcək yarışda nümayiş xarakterli döyüş keçirəcək. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, səkkiz raunddan ibarət qarşılaşmada F.Meyvezerin rəqibi həmyerlisi Don Mur olacaq.
Qırx beş yaşlı F.Meyvezer bütün zamanların ən çox qazanan boksçusu hesab olunur. Filippinli Menni Pakyao ilə 2015-ci il mayın 2-də baş tutan döyüşə görə Meyvezer boks tarixində rekord qonorar - 210 milyon dollar, irlandiyalı Konor Makqreqorla görüşə görə isə qeyri-rəsmi məlumatlara görə, 275 milyon dollar qazanıb. “Forbes” jurnalı 2018-ci ilin iyul ayında boksçunu ən çox qazanan məşhurlar siyahısında birinci yerə layiq görüb.
Meyvezer nümayiş xarakterli döyüş keçirəcək