Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədovun rəhbərliyi altında İcraiyyə Komitəsinin 2022-ci ildə ilk iclası keçirilib. İclasda AŞF-in prezidenti M.Məmmədov ilə yanaşı, İcraiyyə Komitəsinin digər üzvləri – birinci vitse-prezident Faiq Həsənov, vitse-prezident, Naxçıvan MR Şahmat Federasiyasının rəhbəri Seymur Talıbov, Sərxan Həşimov, Cahangir Ağarəhimov və baş katib İlahə Qədimova iştirak ediblər
Görüşdə AŞF-nin nizamnaməsinə dəyişikliklər, cari ilin büdcəsi, yığma komandaya seçim şərtləri, təqaüd alacaq şahmatçıların müəyyən olunma kriteriyaları, daimi komissiyaların yaradılması və yarışların 2022-ci il üçün təqvimi müzakirə edilib.
M.Məmmədov qarşıda şahmatçıları bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.
2022-ci ildə ilk iclas