Regionlar Liqasında 1/4 final mərhələsinin “Cəbrayıl” - “Energetik” cavab matçında dava düşüb.
Qol.az "Qafqazinfo"y istinadən xəbər verir ki, bu, Binə qəsəbə stadionunda keçirilən matçın son dəqiqələrində Mingəçevir təmsilçisinin futbolçuları baş hakimə etiraz ediblər və daha sonra referini döyüblər.
Bundan sonra hakim matçı dayandırıb, oyun davam etməyib.
Qeyd edək ki, Mingəçevirdəki ilk oyun Cəbrayıl təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.