Azərbaycan Yelkənli İdman Federasiyasının hesabat-seçki konfransı olacaq.
"Olimpnews.az"a məlumatına görə, aprelin 26-da keçiriləcək tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq. Konfrans saat 12:00-da başlayacaq.
Yığıncaqdan dərhal sonra mətbuat konfransı təşkil ediləcək.
Qeyd edək ki, hazırda Yelkənli İdman Federasiyasına Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov rəhbərlik edir.