Azərbaycanda daha bir idman federasiyasının adı dəyişdirilib

Azərbaycanda daha bir idman federasiyasının adı dəyişdirilib

Azərbaycan Yelkənli İdman Federasiyasının adı dəyişdirilib.

Olimpnews.az xəbər verir ki, bu barədə federasiyanın Ümumi Yığıncaq üzvü, MEDİA-nın direktoru Əhməd İsmayılov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qurum bundan sonra Azərbaycan Yelkən Federasiyası adlandırılacaq.

Qeyd edək ki, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov yenidən federasiyanın prezidenti seçilib.