Həqiqət Qədirova vəzifəsindən azad edildi

Həqiqət Qədirova vəzifəsindən azad edildi

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib.

Olimpnews.az xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Report-a bildirib ki, bununla bağlı bu gün müvafiq əmr imzalanıb.

O qeyd edib ki, H.Qədirovanın yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, H.Qədirova 2017-ci ildən bu vəzifədə çalışırdı.